Azərbaycanın məşhur aktyoru evində ölü tapıldı

13 Dekabr, 2019 17:05 | Mədəniyyət | Baxış sayı: 446

“Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandırıb

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

İstiPress-in məlumatına görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxu.az qeyd edir ki, həmin şəxs “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandıran aktyor  Q. Atakişiyevdir.