Emin Ağalarov hamilə arvadını göstərdi FOTOLAR

13 Dekabr, 2018 10:17 | Mədəniyyət | Baxış sayı: 274
Emin Ağalarovun ad günü
Emin Ağalarovun ad günü

Xalq artisti özünə dəbdəbəli ad günü edib

Azərbaycanın Xalq artisti Emin Ağalarov hamilə həyat yoldaşını üzə çıxardı. İstiPress-in məlumatına görə, 39 yaşı bitən müğənni özünə dəbdəbəli ad günü keçirib.

Mərasimdə Rusiya şou biznesinin ən parlaq nümayəndələri də iştirak ediblər. Qonaqların arasında Ani Lorak, Fillip Kirkorov, Yuriy Nikolayev, Müslüm maqomayevin həyat yoldaşı Tamara Simyavskaya, Oleq Qazmanov, Qriqoriy Leps, Stiven Siqal və başqaları da olub.

Ad günü iki hissədən ibarət olub. Əvvəlcə iki konsert, sonra isə afterparti. 

Alina Qavrilova ilə evli olan Ağalarovun növbəti dəfə ata olacağı barədə məlumat çoxdan yayılmağa başlayıb. Amma cütlük bu vaxta kimi heç bir rəsmi açıqlama verməmişdi. Bu mərasimdən sonra hər şey dəqiqləşib. 31 yaşlı xanımın böyüyən qarnı nəzərlərdən qaçmayıb. Müğənni də ilk dəfə rəsmi şəkildə ata olacağını açıqlayıb.

Xatırladaq ki, Eminin Leyla Əliyeva ilə evliliyindən Əli və Mikayıl adında əkizləri var. Bundan başqa o, L.Əliyevanın övladlığa götürdüyü Əminə adlı qız üçün də əsl atalıq edir. 

Müğənni bu ilin yayında bir uşaq anası olan model A.Qavrilova ilə ikinci dəfə nikah masasına əyləşib. 

Əli və Mikayılın 10 yaş mərasimi
Əli və Mikayılın 10 yaş mərasimi