Günay İbrahimli günahını boynuna aldı: "Qanunla yazılan cəriməni ödəyəcəyəm"

13 Dekabr, 2016 16:09 | Mədəniyyət | Baxış sayı: 62
Günay İbrahimli
Günay İbrahimli

Müğənni etdiyi əməldən peşmandır

Bu gün yerli mediada müğənni Günay İbrahimlinin avtomobili idarə edərkən, sükanı buraxıb "selfie" çəkdirməsi və beləliklə, təhlükəli şərait yaratması barədə video və xəbərlər yayılıb.

İstiPress.com xəbər verir ki, xəbərdən sonra ifaçı özü günahını etiraf edib:

"Mən artıq neçə ildir ki, sürücüyəm. Təcrübəm böyükdür. Bu günə kimi heç bir qəza törətməmişəm. Bu səbəbdən "selfie" çəkən zaman çaş-baş qalmamışam. Ancaq göründüyü kimi videoda qayda pozduğumu boynuma alıram. Qanunda yazılan cəriməni ödəyəcəm, ümid edirəm ki, bir daha bu cür addım atmayacam".

Qeyd edək ki, həmin görüntünü müğənni özü şəxsi "Instagram" hesabında paylaşıb.