Azəri qızı Günel 3-cü nişanlısından da ayrıldı FOTO

13 Noyabr, 2017 15:20 | Mədəniyyət | Baxış sayı: 429
Azəri qızı Günel
Azəri qızı Günel

Müğənni elan verdi - "Bütün münasibətimi bitirdim"

Uzun illərdir Türkiyədə yaşayan və işləyən azərbaycanlı müğənni Günel nişanlısından ayrılıb, onun şirkəti ilə əməkdaşlığa son qoydu. İstiPress-in məlumatına görə, bu barədə o özü "İnstagram" səhifəsində yazıb. 

"Özəl həyatım üçün verdiyim, mənim üçün ən xeyirli olan qərarı iş həyatımda da tədbiq edərək "Torunlar Ajans" ilə və işçiləri ilə bütün münasibətimi bitirdim". 

Xatırladaq ki, Azəri qızı Günel kimi məşhurlaşan ifaçı 3-cü nişanlısı olan iş adamı Cem Ozan Torunlar ilə ötən il nişanlanmışdı. Lakin bu ilin yayıanda cütlüyün ayrılması barədə xəbərlər yayılmışdı.   Tərəflər "İnstagram" səhifələrindən də birlikdə olan fotolarını siliblər. Onların heç biri ayrılıqla bağlı rəsmi açıqlama verməmişdilər. Buna baxmayaraq bir müddət sonra onların yenidən bərabər olduğu bildirildi.   

Bundan öncə Günel Ebru Gündəşin həyat yoldaşı olan, ABŞ-da məhbəs həyatı yaşayan iş adamı Rza Zərrab və birlikdə oxuduğu İnanc Başəyməzlə birlikdə olub.

hayırlısı...

Публикация от GÜNEL ZEYNALOVA (@gunelzeynalovaoffical)