Ayaqları ilə ölkə gündəminə düşən Ajda Bakıya gəlir

13 Noyabr, 2017 14:05 | Mədəniyyət | Baxış sayı: 189
Ajda Pekkan
Ajda Pekkan

Pop diva Bakıda konsert verəcək

Ötən həftə yaydığı fotosundan sonra az qala ölkənin gündəmindən düşməyən Ajda Pekkan Azərbaycana gəlir. İstiPress-in məlumatına görə, bu barədə "Nərgiz" maqazin jurnalının rəhbəri Ülviyyə Mahmudova bildirib.

O, "instagram" səhifəsində 72 yaşlı pop ulduzun fotolarını paylaşaraq belə yazıb: "Əla xəbərimiz var! Yaxın zamanda Türkiyənin pop divası Ajda Pekkan "Nargis" jurnalının 5 illiyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək". 

Xatırladaq ki, A.Pekkanın 72 yaşı olsa da o yaşıdlarından kəskin fərqlənir. Müğənni gözəlliyi, baxımı ilə nəvəsi yaşda olan gənc qızlaara belə meydan oxuya bilir. Ötən həftə onun mətbəxində olarkən çəkib paylaşdığı bir fotosu, xüsusilə ayaqlarının fit görünüşü günlərlə müzakirə mövzusu olub.