Azərbaycanlı milyonçunun lüks villası VİDEO

13 Oktyabr, 2017 13:37 | Mədəniyyət | Baxış sayı: 764
Emin Ağalarovun evi
Emin Ağalarovun evi

Emin Ağalarov möhtəşəm evinin qapısını jurnalistlərin üzünə açıb

Azərbaycanlı milyonçu, biznesmen Araz Ağalarovun oğlu, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov möhtəşəm villasının qapısını jurnalistlərə açıb. İstiPress-in məlumatına görə, MUZ TV-də yayaımlanan "Naprosilis" verilişinin heyəti onun Rusiyadakı dəbdəbəli, ərazisi bir neçə mim kvadrat metr olan malikanəsində çəkiliş edib. 

Emin evi ilə jurnmalistlri özü tanış edib. O, qeyd edib ki, bu malikanədə adətən övladları gələndə topılaşırlar. Vaxtının çox hissəsini isə o şəhərdəki evində keçirir. Çəkiliş zamanı ifaçının övladları Əli və Mikayıl da evdə olub. 

Müğənni evini layihəsini dostu ilə birlikdə hazırladığını, çox uşaq sahibi olmağı arzuladığı üçün isə onu geniş inşa etdirdiyini deyib. 

İstiPress Emin Ağalarovun möhtəşəm evinin görüntülərini təqdim edir: