Azərbaycanlıya ərə gedən dünya şöhrətli müğənni heyran etdi FOTOLAR

13 Sentyabr, 2017 09:56 | Mədəniyyət | Baxış sayı: 504
Anna Netrebko
Anna Netrebko

45 yaşlı ifaçı gənclərə belə meydan oxuyur

Azərbaycanlıya ərə gedən rusiyalı məşhur cavanlaşdı. İstiPress-in məlumatına görə, 45 yaşlı opera ifaçısı, dünya şöhrətli Anna Netrebko gənc qızlara belə meydan oxuyur. 

Dünyanın ən məşhur səhnələrində anşlaqla çıxış edən, planetin ən güclü səslərindən biri hesab edilən Netrebko bir neçə il öncə azərbaycanlı tenor Yusif Eyvazovla ailə qurub. Görünür bu evlilik ona çox fayda verib.

"İnstagram" səhifəsi açan xanım hər gün bir neçə fotosunu paylaşır. Fotolardan isə onun günü-gündən gəncləşdiyini və gümrahlaşdığını görmək elə də çətin deyil. İzləyiciləri də məhz evliliyin ona düşdüyünü düşünürlər. 

40 yaşlı Yusif hər məqamda xanımına olan sevgisini biruzə verməkdən çəkinmir. Cütlük demək olar ki, hər anlarını birlikdə keçirirlər. Birlikdə onlar Annanın 9 yaşlı oğlunu tərbiyə edirlər.