İsrailin mədəniyyət naziri "Eurovision 2019"dan imtina etdi

13 May, 2019 10:15 | Mədəniyyət | Baxış sayı: 100
Tini Reqev
Tini Reqev

Tini Reqev "Eurovision 2019"un Qüdsdə keçirilməsinə çalışıb

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb. 

İstiPress-in "Lenta"ya istinadən məlumatına görə, İsrailin mədəniyyət naziri Tini Reqev "Eurovision 2019"ya izləyici kimi rəsmi dəvət alsa da, o bundan  imtina edib. Tini Reqev "Eurovision 2019"un Qüdsdə keçirilməsini istəyib, lakin ЕВС buna yox cavabı verib.   

"Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ  müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.