Məşhur aktrisa ana oldu

13 Aprel, 2019 16:13 | Mədəniyyət | Baxış sayı: 227
Burak Özçivit və Fahriye Evcen
Burak Özçivit və Fahriye Evcen

Aktrisa öz həmkarı ilə evlilikdən doğulan oğluna Karan adını verib

Azərbaycanda da böyük pərəstişkar kütləsi olan Türkiyənin məşhur aktrisası Fəxriyyə Evcen ana oldu. Həmkarı Burak Özçivitlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib.

Cütlük 3 kq 670 qram çəkisi olan körpəyə Karan adını verib.  "Karan"- qəhrəman, ürəkli, igid mənasına gəlir. 

Doğuşda da cazibədar aktyor həyat yoldaşını yalnız buraxmayıb.

Xatırladaq ki, cütlük bir neçə il öncə çəkilən "Çalıquşu" serialında baş rolları ifa ediblər. Bu serialdan sonra onların aralarındakı sevgi münasibətlərini rəsmiləşdirmək qərarına gələrək evləniblər.