Deputatların qələbə rəqsi - VİDEO

13 Aprel, 2018 16:58 | Mədəniyyət | Baxış sayı: 378
Deputatların rəqsi
Deputatların rəqsi

Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb.

İstiPress-in məlumatına görə, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən musiqi sədaları altında rəqs ediblər. Bunların arasında deputat Hadı Rəcəbli də olub. O, İlham Əliyevin qələbəsindən duyduğu sevinci rəqs etməklə ifadə edib. Deputat aşıq Əhlimanın oxuduğu “Sənin kimi gözəl sona, hansı dəryada, göldə var...” mahnısının sədaları altında rəqs edib.

Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Rafael Cəbrayılovun da aşıq Ədalətin saz ifasının sədaların altında rəqs etdiyi görünür. 

Hadı Rəcəblinin digər deputatların əhatəsində bayram rəqsinin videogörüntüləri sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.