Azərbaycanlı qızların sevimlisi sevgilisindən ayrıldı FOTOLAR

13 Aprel, 2018 09:45 | Mədəniyyət | Baxış sayı: 304
Murat Boz və Aslı Ənvər
Murat Boz və Aslı Ənvər

Aktrisa sevgilisinin evini tərk edib

Azərbaycanlı qızların da ən çox sevdiyi məşhur türkiyəli müğənni sevgilisindən ayrıldı. İstiPress-in məlumatına görə, Murad Boz illərdir birlikdə olduğu aktrisa Aslı Ənvərdən ayrılıb. Hər kəsin evlənəcəyini göslədiyi cütlük 2,5 illik münasibətinə bu günlərdə son qoyub. Ayrılıq qərarından sonra aktrisa birlikdə yaşadıqları evi də tərk edib.

Şou aləminin ən nümunəvi cütlüyünün ayrılığı onları sevənlər üçün pis sürpriz olub. Bozun ayrılıq səbəbi dəqiqi bilinmir. 

Amma ötən ilin may ayında ikilinin arası xəyanət iddialarına görə dəymişdi. A.Ənvər onu aldatdığı iddia edilən sevgilisini tərk etmiş, lakin cəmi 2 ay ondan ayrı qala bilmişdi. 

Barışdıqdan sonra onların ailələri də bir-birləri ilə tanış olub. Bozla Ənvərin toy hazırlığında olduqları da deyilirdi.