"İçim içimi yeyir, günahkaram" - Elza Seyidcahan xristianlığı qəbul edib?

13 Aprel, 2017 13:42 | Mədəniyyət | Baxış sayı: 1162
Elza Seyidcahan
Elza Seyidcahan

Müğənni alnına xaç döydürüb

Xəbər verdiyimiz kimi, əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. O, eyni zamanda yeni obrazı ilə də diqqət çəkib. Müğənni üzündə fərqli obraz yaradıb. Ən diqqət çəkən məqam isə sənətçinin alnında xaç işarəsinin olmasıdır. Əksəriyyət əməkdar artistin dinini dəyişdiyini düşünüb. Məsələ ilə bağlı Elza Seyidcahanla əlaqə saxladıq.

İstiPress-ə açıqlama verən Seyidcahan bunun sadəcə bir obraz olduğunu vurğuladı:

"Mən sənətçiyəm. Bu isə mənim obrazımdır. Dondan dona giririk. Mən müsəlmanam. Dinimi dəyişdirməmişəm. Namaza gəldiyim gün Allahın ən xoşbəxt bəndəsi olacağam. İçim-içimi yeyir ki, günahkaram. Ona görə günahkaram ki, mən namaza başlamamışam. Nə qədər yaxşılıq etsəm də, namaz qılmıramsa, demək, mən pis insanam. Bu yaratdığım obraz isə film çəkilişləri üçündür. Yaxın zamanda bu haqda da geniş məlumat verəcəyəm".

Elza Seyidcahan
Elza Seyidcahan