Əri Xalq artistini qısqanıb, keçmiş ərinin qətlini sifariş verdi İDDİA

13 Mart, 2019 11:10 | Mədəniyyət | Baxış sayı: 190
Maksim Qalkin və Alla Puqaçova
Maksim Qalkin və Alla Puqaçova

Terror aktına cəhd etdikləri üçün tutulanlar Qalkinin Kirkorovu sifariş verdiyini deyiblər

2017-ci ildə Rusiyanın xalq artisti Fillip Kirkirovun konsertində terror aktı törətmək istəyənlərədn birinin ifadəsi üzə çıxıb. Cinayət işinin fiqurantlarından biri bunun sifarişli iş olduğunu deyib. Həbsdə olan şəxsin sözlərinə görə, bu terror aktı yox, sui-qəsd cəhdi olub. 

Sifarişi verən isə ən azı Kirkirov qədər məşhur olan başqa bir rus olub -  Maksim Qalkin. Guya o həyat yoldaşı olan tanınmış müğənni Alla Puqaçovanı keçmiş ərindən qısqanıb. 

İddiaya görə, Qalkin ona bu işin müqabilində 2 milyon rubl təklif edib. Bir milyonu qətldən öncə alınıb. Qalan məbləğ isə sonra verilməli idi. Guya sonradan onlar daha çox insanın xəsarət ala biləcəyini düşündükləri üçün bu sifarişdən imtina ediblər. 

Xatırladaq ki, Kirkirovun Mahaçqaladakı konserti zamanı partlayış törətməyə hazırlaşanlar 4 nəfər olub. Bunun üçün onlar partlayıcı hazırlanmasında lazım olan avadanlıqları alıb, İŞİD-a sadiqliq andı içiblər. Amma konsertin keçirildiyi "Xəzər" restoranında təhlükəsizlik tədbirləri yüksək səviyyədə olduğu üçün planlarını gerçəkləşdirə bilməyiblər.