SSRİ-nin xalq artisti vəfat etdi

13 Mart, 2018 08:50 | Mədəniyyət | Baxış sayı: 156
Oleq Tabakov
Oleq Tabakov

"Baharın 17 anı"nın ulduzu ötən gün keçinib

Keşmiş SSRİ, Rusiyanın ən məşhur aktyorlarından biri vəfat edib. istiPress-in məlumatına görə, xalq artisti Oleq Tabakov 83 yaşında vəfat edib.

Ötən ildən müalicə alan aktyor uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. O, ötən gün keçinib.

Xalq artisti ilə vida mərasimi martın 15-də olacaq. 

Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. 

O. Tabakov "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri ilə tamaşaçıların qəlbini fəth edə bilib.