Kremldə məşhur azərbaycanlıya konsert keçiriləcək

13 Fevral, 2020 10:04 | Mədəniyyət | Baxış sayı: 53
Müslüm Maqomayev
Müslüm Maqomayev

Müslüm Maqomayevə həsr olunan konsert martın 14-də baş tutacaq

Moskvada, Dövlət Kreml Sarayında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Azərbaycanın və Rusiyanın dünyaşöhrətli müğənni və bəstəkarı, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert martın 14-də Dövlət Kreml Sarayında təşkil ediləcək.

Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsi əfsanəvi müğənni və bəstəkara həsr olunan xüsusi proqram hazırlayıblar. Həmin axşam Müslüm Maqomayevin repertuarından mahnılar səslənəcək.