Araş illər sonra Bakıya gəlir

13 Fevral, 2020 15:57 | Mədəniyyət | Baxış sayı: 115

Musiqili gecə Heydər Əliyev Sarayında baş tutacaq

Azərbaycanı Aysel Teymurzadə ilə birgə “Eurovision 2009” mahnı müsabiqəsində təmsil edərək üçüncü olan Araş Labaf Bakıya gəlir.

İstiPress-in məlumatına görə, İsveçdə fəaliyyət göstərən sənətçi illər sonra Azərbaycanda solo konsert verəcək. Martın 22-də reallaşacaq musiqili gecə Heydər Əliyev Sarayında baş tutacaq.

Biletlərin qiyməti isə 136- 425 manat dəyərindədir.