Türk müğənni azərbaycanlı həmkarından şikayət etdi - "Təcavüz edilib"

13 Fevral, 2019 11:22 | Mədəniyyət | Baxış sayı: 170
Müğənnilər
Müğənnilər

Onun mahnısının icazəsiz oxunmasından xoşu gəlməyib

Türkiyənin tanınmış simalarından biri olan müğənni Deniz Seki azərbaycanlı həmkarı Səidə Dadaşovadan şikayət edib. Buna səbəb isə onun mahnısının icazəsiz ifa edilməsi olub.

İstiPress-in Türkiyənin "Axşam" qəzetinə istinadla verdiyi məlumata görə, Deki "Hayat iki bilet" adlı mahnısının S.Dadaşovanın ifa etməsindən xəbər tutub. "Mənəvi haqqlarına təcavüz edildi" deyən türk ifaçı həmkarı barəsində prokurorluğa şikayət edib. 

Araşdırmaya başlayan İstanbul fikri sinai soruşdurma bürosu faktı təsdiqləyib. Ancaq, onlar Sekinin məhkəməyə müraciət etməli olduğunu deyiblər. 

Xatırladaq ki, Deniz Seki uzun müddət narkotik maddə istifadəçisi kimi həbsxanada olub. O, ötən il azadlığa çıxmışdı.