İki qızı olan azərbaycanlı müğənni yenə ərə gedir? FOTO

12 Dekabr, 2018 11:47 | Mədəniyyət | Baxış sayı: 308
Nigar Camal
Nigar Camal

Onun belində qırmızı lent olan ağ geyimi müzakirələrə səbəb olub

Azərbaycanın "Eurovision" qalibi Nigar Camal hamını təəccübləndirib. Buna səbəb onun "İnstagram" səhifəsində paylaşdığı foto olub. Belə ki, Camal qeyri-adi kəsimdə gəlinliyə bənzəyən ağ don geyinib. Belində isə qırmızı lent. Fotonu isə o "toya hazırlıq, evlənirəm" yazaraq şərh edib. 

Sosial şəbəkə istifadəçiləri də onun paylaşımına birmənalı yanaşmayıblar. Müğənnini təbrik edən də olub, zarafat etdiyini deyən də. 

Xatırladaq ki, Nigar Camal 2011-ci ildə Eldar Qasımovla oxuduğu "Running Scared" duetilə müsbaiqə qalibi olub. 

Müğənni ailəli olub və onun bu evlilikdən Londonda yaşayan iki qızı var.