Xərçəngə qalib gələn Hollivud ulduzları - FOTO

12 Dekabr, 2016 17:25 | Mədəniyyət | Baxış sayı: 74
Hollivud
Hollivud

Əsrin bəlası Hollivud ulduzlarının iradəsini qıra bilməyib

Məşhur insanlar, xüsusilə film qəhrəmanları alkoqol və ya narkotik istifadəçisi olduğunu maksimum gizlətməyə çalışırlar. Amma çox ciddi, məsələn xərçəng kimi xəstəliyə tutulduqda bunu fanatları ilə bölüşməyi özlərinə borc bilirlər. Bu bölüşmə onlar üçün psixoloji dəstəkdir. Həm dəstək, həm də iradə onların xərçəngə qalib gəlməsi ilə nəticələnir. Gəlin xərçəngə qalib gələn Hollivud ulduzlarını birgə tanıyaq.

Ben Stiller

2014-cü ildə prostat vəzinin xərçəngi diaqnozu qayulan Ben Stiller, 2 il sonra sevənlərinə xərçəngə qalib gəldiyinin açıqladı. 

Hugh Jackman

2013-cü ildə dəri xərçənginə tutulan və buna görə dəfələrlə əməliyyat olunan Hugh Jackman, bu il xəstəliyə qalib gəldiyini və özünü çox yaxşı hiss etdiyini açıqladı.

Maykl Duqlas

Aktyor Maykl Duqlasa, 2011-ci ildə boğaz xərçəngi diaqnozu qoyuldu. Bundan sonra 5 ay ərzində kimya terapiyası və radioterapiya keçən Duqlas artıq xəstəliyə qalib gəldiyi açıqlaması ilə fanatlarını sevindirmişdi. 

Kylie Minogue

Süd vəzi xərçənginə yoluxan Kylie Minogue əməliyyat olunduqdan sonra təhlükə xəstəlikdən qurtulub.

Cynthia Nixon

Daha bir süd vəzi xərçənginə qalib gələn Hollivud ulduzu Cynthia Nixon olub. 

Sean Connery

Böyrək xərçənginə tutulan Sean Connery hələ də sevənləri ilə görüşür və sağlamdır. 

Robert De Niro

Tez özündən çıxmağına görə atasına bənzədiyini deyən Robert De Niro bir ara prostat vəzi xərçəngindən əziyyət çəkib. Amma güclü iradə onun xəstəliyə qalib gəlməsi ilə nəticələnib. 

Sharon Osbourne və Olivia Newtonu da birləşdirən təkcə Hollivudun sevimliləri olmaq deyil. Hər iki ulduz döş xərçəngindən əziyyət çəkiblər.