Məşhur rus müğənnisi öz sevgi romanından danışdı

12 Oktyabr, 2017 15:44 | Mədəniyyət | Baxış sayı: 87
Alla Puqaçova
Alla Puqaçova

"Onu gah bıçaq, gah da tapança ilə təhdid edirdilər"

Rus artisti Aleksandr Buynov "Milyonların sirri" proqramında öz şəxsi həyatından danışacaq. 

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, studiyaya məşhur rus müğənnisi Alla Puqaçova da gələcək.

67 yaşlı artist öz iki uğursuz evliliyi və ikinci həyat yoldaşına etdiyi xəyanətdən də söz açacaq. Onun 3-cü arvadı Alenanın 30 ildir ki, həyatına müdaxilə etməsi və ailə büdcəsindən onun icazəsi olmadan vəsait xərclənməsinə qadağa qoyması da diqqət mərkəzindədir.

Alla Puqaçova ilə aralarında sevgi macərası olduğu barədə yayılan şayiələrə aydınlıq gətirəcək. Primadonna bu haqda söz düşəndə həmişə belə deyir: "Bu, çox dəhşətli bir tarixi faktdır ki, onu gah bıçaq, gah da tapança ilə təhdid edirdilər".

Filipp Kirkorova görə onlar hətta 6 il ərzində bir-birilə küsülü qalıblar.