6 illik evlilik 10 dəqiqədə bitdi FOTO

12 Sentyabr, 2018 10:15 | Mədəniyyət | Baxış sayı: 138
Demet Akalın məhkəmədə
Demet Akalın məhkəmədə

Boşanmaya səbəb borc qalmaqalı olub

Tanınmış türk müğənnisi Demet Akalın borc qalmaqalına görə həyat yoldaşı Okan Kurtdan boşandı. 2012-ci ildə təmtəraqlı mərasimlə ailə quran cütülüyün məhkəməsi bir neçə dəqiqə çəkib. 

Dörd yaşında qızları olan cütlüyün evliliklərində böhran 6-7 ay öncədən - iş adamı olan Kurtun şirkətlərə olan külli miqdarda borcunu qaytara bilməməsindən sonra başlamışdı. Həftəsonu isə borca görə, müğənninin lüks villasına icra məmurları gəlib və onun evinin əşylarını müsadirə ediblər. Bundan sonra Demet Akalaın dərhal boşanma qərarı verərək məhkəməyə müraciət edib.

Ötən gün isə cütlüyün məhkəməsi baş tutub. Bir-birindən heç bir tələbləri olmadığını deyən müğənni və iş adamı 10 dəqiqə ərzində boşanıblar.  Onların övladlarının himayəsi isə anaya verilib.

Məhkəmədən sonra tərəflər heç bir açıqlama verməyiblər. D.Akalın "İnstagram" səhifəsində əri ilə olan şəkillərini silib. 

Cütülüyün boşanması birmənalı qarşılanmayıb. Onların sərvətlərini qorumaq üçün anlaşmalı olaraq boşandığı da iddia edilir. Məşhur ifaçı bu iddiaların cavabını sosial şəbəkədən verib: