“Eurovision" təmsilçimiz ikinci məşqini də bitirdi

12 May, 2019 15:00 | Mədəniyyət | Baxış sayı: 56
 Çingiz Mustafayev
Çingiz Mustafayev

Çingiz Mustafayev İsraildə 18-ci çıxış edəcək

İsraildə keçiriləcək “Eurovision - 2019” Azərbaycanı təmsil edən Çingiz Mustafayev ikinci məşqini uğurla başa vurub.

“Expo Təl-Əviv” səhnəsində reallaşan uğurlu məşq çıxışı təmsilçimizlə birgə nümayəndə heyətimizin də böyük ruh yüksəlişinə səbəb olub.

Çingiz Mustafayev “Eurovision - 2019”da İsrailin Təl-Əviv şəhərində ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

Xatırladaq ki, yarışmanın yarımfinal mərhələləri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-ü və 16-da, finalı isə mayın 18-də reallaşacaq.

1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi Ginnesin Rekordlar Kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir.