Bakı məktəbində şok hadisə - şagird kəllə-beyin travması aldı YENİLƏNİB

12 Aprel, 2019 13:15 | Mədəniyyət | Baxış sayı: 430
Yaralı
Yaralı

12 yaşlı şagirdi müəllim döyərək xəstəxanalıq edib?

Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib. Məktəbdən bildirilib ki, aprelin 12-si saat, təxminən, 11:30-da məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.

"Şagirdin halı pisləşdiyi üçün başı yerədəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.

Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

Şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək". /report /

Saat 12:50

Özünü 3-cü mərtəbədən ataraq intihar edən 162 sayalı məktəbin şagirdi Elina Hacıyevanın işi ilə bağlı araşdırmaların başa çatmadığı bir zamanda Bakı məktəblərin daha birində qalmaqallı hadisə baş verib. Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 

Xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

İstiPress-in "virtualaz.org"a istinadla verdiyi məlumata görə, müəllim tərəfindən döyülən uşağın  adı Hüseynov Aqşindir, 12 yaşı var, 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.