Azərbaycanda əməkdar artist vəfat etdi

12 Mart, 2020 10:00 | Mədəniyyət | Baxış sayı: 196
Dəfn
Dəfn

Aktyor 60 yaşında dünyasını dəyişib

Azərbaycanın əməkdar artisti vəfat edib. Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən gecə 60 yaşında vəfat edib. 

Mərhum bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılacaq.

Adil Ağakərim oğlu Zeynalov 1960-cı ildə fevralın 20-də Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub, 1983-cü ildə oranı bitirib. İnstitutu bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyorluq fəaliyyətinə başlayıb. Bir sıra yadda qalan obrazlar yaradıb. Eyni zamanda özü də bir neçə əsərin səhnə quruluşunu verib, rejissor kimi çalışıb.

A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə əməkdar artisti adına layiq görülüb.