Bu gün Yel çərşənbəsidir

12 Mart, 2019 09:00 | Mədəniyyət | Baxış sayı: 26
Novruz xonçası
Novruz xonçası

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir

Bu gün Azərbaycanda üçüncü - Yel çərşənbəsi qeyd olunur. Xalq arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi də tanınır.

Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Çərşənbə inancları:

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər.
- Yeli əsdirəni söyməzlər.
- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər.

Xatırladaq ki, martın 12-də Yel, 19-d aisə Torpaq çərşənbəsi qeyd ediləcək. Bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.