Türkiyənin ən məşhur subayı da evləndi FOTOLAR

12 Mart, 2018 09:13 | Mədəniyyət | Baxış sayı: 230
Arda Turanın toyu
Arda Turanın toyu

Savaşa görə toydan imtina edən bəyin şahidi prezident olub

Türkiyənin ən tanınmış futbolçularından daha biri evləndi. İstiPress-in məlumatına görə, Arda Turan bir müddən öncə evlilik təklif etdiyi Aslıhan Doğan ilə nikah masasına oturub. Futbolçunun nikah şahidi isə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Cütlük 2,5 illik münasibətini sadə mərasimlə rəsmiləşdirib. Aslıhan Doğan gəlin donun əvəzinə sadə ağ geyimdə olub. Fatanı isə baş aksesuarı əvəz edib. Bəy isə klassik qara kostyuma üstünlük verib. 

O, dəbdəbəli toy etməməsini isə Afrində həyata keçirilən hərbi əməliyyatlarla əlaqələndirib. "Savaş varkən toy olmaz". 

Mərasimdə cütlüyün ən yaxınları və dostları iştirak ediblər. Prezidentin də qatıldığı mərasimin keçirildiyi məkanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olub. 

Xatırladaq ki, ötən gün gəlin  - Aslıhan Doğanın ən yaxın rəfiqələrindən olan Mina Başaranın içərisində olduğu təyyarə Dubaydan qayıdarakən iranda qəzaya uğrayıb. Mina bir ay sonra olacaq toyundan qabaq rəfiqələri ilə subaylığa vida partisi keçirmək üçün Birləşmiş Ərəb Əmirliyinə getmişdi. Rəfiqəsinin qəza nəticəsində faciəli şəkildə ölməsi Aslıhan Doğandan gizlədilib.