Prezident: "Elə bir məsələdir ki, sədd qoya bilməzsən" FOTOLAR

12 Fevral, 2020 09:11 | Mədəniyyət | Baxış sayı: 108
Xalq artisti Əlibaba Məmmədovla görüş
Xalq artisti Əlibaba Məmmədovla görüş

İlahm Əliyev ailəsi ilə Xalq artisitinin görüşünə getdi

"Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın". Bu sözləri Xalq artisti Əlibaba Məmmədov prezident İlham Əliyev və ailə üzvləri ilə görüşü zamanı deyib. 

"Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə “Sağ olun!” deyirəm, Allah Sizi qorusun.

Mən bir ağsaqqal kimi bir az muğamdan danışmaq istəyirəm. Muğam elə bir sənətdir ki, heç kim deyə bilmir bunu mən yaratmışam. Bunun yaradıcısı yoxdur. Əgər yaradıcısı olsaydı, bizim böyük sənətkarımız Üzeyir bəy bir sıra muğam yaradardı. Olmur, mümkün deyil. Bu, Allahdan gəlmədir, bu, ilahi musiqidir. “Qurani-Kərim” kimi, o da ilahi musiqidir. Ona görə bəzən özüm də təəccüblənirəm, görürsən uşaq elə bir hissə, elə bir guşə oxuyur ki, mən onu bilmirəm. Bu, onun özündən deyil, Allah tərəfindən gəlir. Odur ki, Sizin sayənizdə ucadan deyirik ki, muğam Azərbaycanındır, Azərbaycandan başqa heç yerdə belə bir muğam yoxdur".

Prezident İlham Əliyev Xalq artistinin göstərilən hörməyə layiq olduğunud eyib. Onun sözlərinə görə, verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. "Biz də görürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünki bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əgər gənclər öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkdə müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?!".