Kremldə keçirilən tədbir Bakıya gətirilir

12 Fevral, 2020 11:25 | Mədəniyyət | Baxış sayı: 56
Şanson
Şanson

Rusiyalı şanson ifaçılar konsert verəcəklər

20 il əvvəl “Radio Şanson” tərəfindən təsis edilmiş ənənəvi “İlin şansonu” mükafat tədbiri Bakıda keçiriləcək. Tədbir mayın 2-də Bakı Konqres Mərkəzində baş tutacaq. 

Konsertdə Mixail Bublik, Tamara Qverdtsiteli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povali, Alyona Petrovskaya çıxış edəcək. 

Qeyd edək ki,  “İlin şansonu” mükafatının ilk təqdimetmə mərasimi 2002-ci ildə Dövlət Kreml Sarayının səhnəsində təşkil edilib.