Türkiyənin ən məşhur aktyoru reanimasiyaya düşdü

12 Fevral, 2018 09:54 | Mədəniyyət | Baxış sayı: 70
Kadir İnanır
Kadir İnanır

Kadir İnanırın beyninə gedən damarlarda problem yaranıb

Türkiyənin ən məşhur aktyorlarından daha biri xəstəxanaya yerləşdirildi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kadir İnanırın vəziyyəti pisləyib. 69 yaşlı aktyorun beynindəki qan damarlarının birində problem yaranıb. 

O, dərhal əməliyyat edilib və reanimasiyaya yerləşdirilib. Həkimlər onun həyati təhlükəsi olmadığını bildirirlər. 

Aktyor ötən əsrin 70-ci illərində rol aldığı filmdən sonra məhurlaşmağa başlayıb. O, 14 uşaqlı ailədə doğulub. 

K.İnanırın rol aldığı filmlər arasında Azərbaycanda da çox məşhur olan "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi","Elvida Katya", "Əmanet" və s. var. O, bir çox serialda da yaddaqalan rollar ifa edib.