Müğənni səhnədə diz çöküb qadın ifaçıdan üzr istədi FOTO

12 Fevral, 2018 12:13 | Mədəniyyət | Baxış sayı: 212
Sərdar Ortaç və Ebru Gündəş
Sərdar Ortaç və Ebru Gündəş

"Bizi küsülü bilirlər. Elədir?"

İllərlə küsülü olan iki məşhur barışdı. İstiPress-in məlumatına görə, söhbət türkiyəli ifaçılar Sərdar Ortaçla Ebru Gündəşdən gedir. Qadın həmkarı ilə barışmaq üçün hər yolu sınayan Sərdar nəhayət istədiyinə nail olub. 

Ebru Gündəş ötən gün restoranlardan birində səhnəyə çıxıb. Tamaşaçılar arasında 4 idir ki, küsülü olduğu Sərdar Ortaç da olub.  Proqramın ilk yarısında Ebru həmkarı ilə göz kontaktı belə qurmayıb, soyuq davranışlar göstərib. İkinci yarısında isə hər iki ulduzun prodüseri olan Hüseyn Emrə səhnəyə çıxıb və onları barışdırmaq istədiyini deyib. Bundan sonra həvəssiz olsa da, Ebru Gündəş "Sərdar Ortaça gurultulu bir alqış" deyib və onu salamlayıb. 

Sərdar Ortaç dərhal səhnəyə çıxıb, ifaçının əlini öpüb. "Bizi küsülü bilirlər. Elədir?" deyib. E.Gündəşin cavabı isə "deyilmişik" olub. Bundan sonra o mikrafonu həmkarına verərək kulisə gedib. Lakin Ortaç buna imkan verməyib və diz çökərək "Bilsəm ki" mahnısını birlikdə oxumağı təklif edib. Müğənni həmkarının istəyini rədd etməyib. 

İfadan sonra Afrində 11 türk hərbçisinin şə\hid olduğunu eşidən E.Gündəş konsertini yarımçıq kəsib. 

Qeyd edək ki, iki müğənninin arasının soyumasına səbəb Sərdar Ortaçın əri birinci dəfə həbs edilən zaman (2013-cü ildə) Ebru Gündəzə zəng eməməsi, daha sonra isə toyuna çağırmaması olmuşdu.