Azərbaycanda tanınmış teleaparıcı dünyasını dəyişdi

12 Fevral, 2018 15:56 | Mədəniyyət | Baxış sayı: 382
Kamran İsrafilov - İctimai Televiziyanın keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri
Kamran İsrafilov - İctimai Televiziyanın keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri

Son ildə özünü aktyor kimi də sınayıb

İctimai Televiziyanın keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov həyatını itirib.

İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, İsrafilov ürək çatışmazlığından dünyasını dəyişib. 

Onun ölümünü "facebook"da dostları təsdiqləyib. 

Xatırladaq ki, O, İTV  kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son illərdə özünü aktyor kimi də sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr –Studiyasının rejissoru olub. 

Allah rəhmət eləsin!