Əfsanə Bakıda

12 Yanvar, 2018 09:22 | Mədəniyyət | Baxış sayı: 173
Ajda Pekkan
Ajda Pekkan

İfaçı şəhər gəzintisinə çıxıb

Türkiyənin əfsanəvi ifaçısı Bakıdadır. İstiPress-in məlumatına görə, Ajda Pekkanın Bakı səfəri ötən gün başlayıb.

Ulduz sənətçi paytaxtımıza "Nargis" jurnalının dəvəti ilə təşrif buyurub. Ajda Pekkan  möhtəşəm qarşılanma mərasimindən sonra şəhər gəzintisinə çıxıb, o "Soyuq əllər, isti ürəklər" Yeni il yarmarkasında olub.

Türk estradasının əfsanəsinin Bakıda konsert verməsi də nəzərdə tutulub. Konsert isə yanvar ayının 13-də Heydər Əliyev adına Sarayda baş tutacaq. Tədbir "Nargis" jurnalının beş yaşına həsr edilib.