Paltarı Hadisəni azərbaycanlıların qovulduğu yarışda biabır etdi (FOTO)

12 Yanvar, 2017 14:13 | Mədəniyyət | Baxış sayı: 123
Hadisə
Hadisə

Geyim səhnə işıqlarına "tab gətirməyib"

Yeni il gecəsi Azərbaycanın paytaxtı Bakıda verdiyi konsertində geyindiyi geyimlə uzun müddət müzakirə mövzusu olan türk müğənnisi yenidən gündəmə gəlib. İstiPress-in məlumatına görə, Hadisənin gündəmə gəlməsinə səbəb onun geyimi olub. İfaçının müsif olduğu "O Səs Türkiyə" yarışmasına geyindiyi don onu biabır edib.

Hadisə yarışmaya bacısı Dəryanın dizaynını verdiyi zoğalı və zərli donla qatılıb. Səhnə işıqlarının altında 300 manata yaxın olan don bir anda şəffaflaşıb. Geyim dekolte olmasa da, onun alt paltarı görünüb. 

Qeyd edək ki, bu Hadisənin bacısının geyimi ilə bağlı uzlaşdığı ilk çətinlik deyil. İfaçı bir neçə dəfə bacısının geyimlərinə görə tənqid hədəfi olub.

Dekabrın 31-də Bakıda Olimpiya stadionunda səhnəyə çıxan Hadisənin alt paltarı göründüyü üçün qınaq obyekti olmuşdu.