Məşhur müğənni küçədə sevgilisi ilə öpüşdü (FOTO)

12 Yanvar, 2017 10:54 | Mədəniyyət | Baxış sayı: 82
Selena Qomez - ifaçı
Selena Qomez - ifaçı

Üç saatdan çox bir yerdə olan cütlük çıxışda eyni maşına miniblər

Azərbaycanda məşhur olan ifaçılar Selena Qomez yeni sevgilisi ilə görüntülənib.  İstiPress-in məlumatına görə,  Selena və əsl adı Abel Makkonen Tesfey olan "The Weeknd" kimi tanınan reper ifaçı ilə Los-Ancelesdə restoranlardan birində görünüblər. Üç saatdan çox bir yerdə olan cütlük çıxışda eyni maşına miniblər.

Avtomobilə mindikləri anda onlar çox səmimi davranıblar, Selena 26 yaşlı reperi qucaqlayıb və onlar öpüşüblər. Xatırladaq ki, "The Weeknd" noyabrda model Bella Hadiddən ayrılıb. Selena isə Castin Biberdən ayrıldıqdan sonra uzun müddətdir ki, ciddi münasibət qurmayıb. O, ötən il iki ay ağır xəstəlikdən müalicə alaraq səhnədən uzaqlaşmışdı.

Selena Qomez və  Abel Makkonen Tesfey
Selena Qomez və Abel Makkonen Tesfey