Xalq artistinin oğlu azadlığa buraxıldı

11 Dekabr, 2018 16:59 | Mədəniyyət | Baxış sayı: 203
Orxan Nadirov - İlhamə Quliyevanın oğlu
Orxan Nadirov - İlhamə Quliyevanın oğlu

Barəsində şərti cəza təyin edilib, 1000 manat məbləğində cərimə olunub

Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, O.Nadirov barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O.Nadirov 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4(dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.