Opera müğənnisinin ölüm xəbəri yalan çıxdı

11 Oktyabr, 2017 13:17 | Mədəniyyət | Baxış sayı: 62
Dmitri Xvorostovski
Dmitri Xvorostovski

Yerli mətbuat üzr istədi

Rusiyanın tanınmış opera müğənnisi Dmitri Xvorostovskinin 55 yaşında dünyasını dəyişməsi barədə xəbər yalan çıxıb.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, yerli mətbuat, xüsusən də "Komsomolskaya pravda" qəzeti yaydıqları yalan informasiyaya görə üzr istəyib.

Xvorostovskinin ölümüylə bağlı xəbərə opera müğənnisi Xibla Qerzmava da reaksiya verib. "O, sağdır! Səhv məlumatdır!" - o, "İnstagram" səhifəsində yazıb.

Müğənninin həyat yoldaşı Florans Xvorostovskaya isə ərinin sağ və evdə olduğunu təsdiqləyib.