Məşhur müğənnidən şok qərar - ərinin borcuna görə boşanır

11 Sentyabr, 2018 12:22 | Mədəniyyət | Baxış sayı: 184
Demet Akalın və həyat yoldaşı
Demet Akalın və həyat yoldaşı

Borca görə lüks villasına icra məmurları gələn ifaçı son qərarını verib

Azərbaycanda da çox sevilən Türkiyənin məşhur müğənnisi boşanır. İstiPress-in məlumatına görə, söhbət Demet Akalından gedir. 6 il öncə iş adamı Okan Kurtla ailə quran ifaçının qəfil qərarı ilə baş tutacaq məhkəmə prosesi bu günə təyin edilib. Cütülüyün arasının pisləşməsinə səbəb isə iş adamının külli miqdarda borcu olub.

Belə ki, O.Kurtun əməkdaşlıq etdiyi şirkətlərə külli miqdarda borcu yaranıb. Qarşı tərəf borcunu ala bilmədiyi üçün məhkəmə müraciət edib və onun villasının əşyalarının müsadirəsi qərarı verilib. Nəticədə müğənnninin bahalı villasına icra məmurları gələrək, onun evinin əşyalarını müsadirə ediblər. Müsadirə edilənlər arasında televizorlar, masalar, stullar, məişət əşyaları, o cümlədən bahalı tablolar da var.

D.Akalın müsadirə edilən əşyaların ona məxsus, borcun isə həyat yoldaşının olduğunu iddia edərək məhkəmədə vəsatət qaldırsa da, onun iddiası təmin edilməyib. 

D.Akalın özündən kiçik olan iş adamı ilə 2012-ci ildə ailə qurub. Cütlüyün 5 yaşlı qızları var.