Əməliyyatla cinsini dəyişən müğənnini hələ belə görməmişdiz FOTOLAR

11 Sentyabr, 2018 09:37 | Mədəniyyət | Baxış sayı: 400
B.Ersoy
B.Ersoy

Kişidən qadına çevrilən sənətçinin heç yerdə görünməyən şəkilləri yayaılıb

Türkiyənin ən məşhur sənətçisi, əməliyyatla cinsini dəyişərək qadın olan Bülent Ersoyun gənclik fotoları yayılıb. İstiPress-in məlumatına görə, 80-cı illərdə çəkilən fotolar daha öncə heç yerdə yayımlanmayıb. 

Fotolar onun cinsini dəyişdiyi ilk illərdə çəkilib. Sənətçi hava limanında pərəstişkarları ilə xatirə şəkilləri çəkdirib. 

Xatırladaq ki, Bülent Ersoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülent Erkoç olan bu sənətçi məşhurlaşdığı vaxt - 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşıb. Bu əməliyyata sənətçi 40 min dollar ödəyib.

1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu  müğənni indi də lüks həyat tərzi ilə məşhur sənətçilər sırasındadır.  

İfaçının kişi olduğu dövrə aid olan fotoları olduqca azdır.