"Mən Stalin, Xruşov üçün oxumuşam, amma Qorbaçova yox!"

11 Sentyabr, 2017 11:00 | Mədəniyyət | Baxış sayı: 143
Vladimir Putin və Kobzon
Vladimir Putin və Kobzon

Məşhur müğənnidən etiraf

"Mən Stalin, Xruşov və Berejnev üçün oxumuşam. Amma Qorbaçov üçün yox". İstiPress-sin məlumatına görə, bunu Rusiyanın xalq artisti, əfsanəvi müğənni bu gün 80 illiyi tamam olan İosif Kobzon deyib.

Onun sözlərinə görə, iki dəfə Stalin üçün Matvey Blanterin mahnısını ifa edib. "Bu Kremldə özfəaliyyət məktəbin yekun konserti idi. Stalin də ora gəlmişdi. Mən Ukraynadan oxuyurdum. Xruşov isə Aleksandr Paxmutovanın mahnılarını sevirdi. 

Kobzon Rusiyanın hazırkı prezidenti Vladimir Putin qarşısında da bir neçə dəfə çıxış edib. 

"Stalindən başlayaraq Putinə kimi rəhbərlərin hansının məni daha diqqətlə dinlədiyini deyə bilmərəm. Amma ümid edirəm ki, biz Putinlə yekunlaşmayacağıq, onunla davam edəcəyik".

Xatırladaq ki, şənbə günü Azərbaycan prezidenti məşhur Rusiya müğənnisini təltif edib. İlham Əliyev onun Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.