Azərbaycan rəqsi rusları şok etdi VİDEO

11 Sentyabr, 2017 12:30 | Mədəniyyət | Baxış sayı: 327
Abbasqulu Səfərov
Abbasqulu Səfərov

16 yaşlı yeniyetmə "Sən supersən"də

Rusiyada NTV kanalında yayımlanan və uşaqlar arasında keçirilən "Sən supersən, Rəqs" ("Ты супер! Танцы") müsabiqəsinə qatılan azərbaycanlı yeniyetmə hamını özünə heyran qoya bilib. İstiPress-in məlumatına görə, Abbasqulu Səfərov rusları "Məzəli" rəqsi ilə sevindirib. Rəqs müsiflərin o qədər çox xoşuna gəlib ki, onlar yeniyetmədən onu təkrar ifa etməsini istəyiblər. 

Bakıdakı internat evlərindən birinin yetirməsi olan 16 yaşlı Abbasqulu müsiflər heyəttinin dəstəyi ilə ikinci tura keçmək şansı qazanıb. 

Oun ən böyük dəstəkçisi isə Yuli Qusman olub. "Bu çox məsuliyyətli işdir. Bir tərəfdən Abbasqulunun rəqsini mənim bütün həmyerlilərim bilir, biz ad günlərində, yubileylərdə belə oynayırıq. Digər tərəfdən onu təqribən 20 milyon azərbaycanlı izləyir. O, bütün həmyerlilərini təmsil edir. Məncə o layiqli təmsilçi oldu". 

Xatırladaq ki, adıçəkilən müsabiqədə valideyn himayəsindən məhrum olan uşaqlar iştirak edirlər. "Sən supersən"nin birinci mövsümündə uşaqlar ifa bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycanı bu dəfə yarışda A.Səfərovdan başqa İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva da təmsil edir.