Şəbnəm Tovuzlunun yaxın qohumu intihar etdi

11 Avqust, 2020 13:33 | Mədəniyyət | Baxış sayı: 88
Şəbnəm Tovuzlu
Şəbnəm Tovuzlu

Avqustun 11-də Gəncə şəhərində intihar edən 22 yaşlı Rzayev Pünhan Rəhman oğlunun müğənni Şəbnəm Tovuzlunun xalası oğlu olduğu məlum olub. 

İstiPress-in məlumatına görə, bu barədə Axşam.az-a açıqlamasında sənətçinin özü deyib. O bildirib ki, Pünhanın borcu olub:

“Bilmirik nə oldu?! 5 min manat borcu var imiş. Pis kruqa düşüb, heç kimə deməyib. Mənə desəydi, onun borcunu ödəməzdim?! 5 min onun cavan canına qurban. Neçə-neçə insana əl tutmuşam. Pünhana da hər zaman kömək edirdim. Əsgərliyə gedəndə hər günü ilə maraqlandım. Xalam dünyasını dəyişib, ona görə də Pünhanı nəzarətsiz qoymurdum. Hər ay ona xərclik göndərirdim. Desəydi ki, bacı, vəziyyətim pisdir, belə oyuna düşmüşəm, edərdim. Bilmədik, onu məcbur ediblər, qorxub, yoxsa nə... Özünü gedib asıb”.