Erməni model Qırğızıstanı satdı FOTO

11 Avqust, 2017 11:10 | Mədəniyyət | Baxış sayı: 496
Satqın erməni model
Satqın erməni model

Qırğızıstan adı ilə yarışa göndərilən qız Ermənistanı seçdi

Erməni qız Qırğızıstanı bir-birinə qatdı. İstiPress-in məlumatına görə, ölkəni gözəllik müsabiqəsində təmsil edən gənc erməni qız ö xalqına məxsus satqınlıqdan burada da əl çəkməyib.

Susanna Yeqoryan iştirakçıların Livanda keçirilən müsabiqənin final mərhələsindəki çıxışından sonra böyük qalmaqalın yaranmasına səbəb olub. Belə ki, "World Next Top Model 2017"nin finalında səhnəyə təmsil etdiyi ölkənin yox, Ermənistanın adının əks edildiyi lentlə çıxıb. 

Müsabiqənin təşkilatçısı Tattıbubu Samidin sözlərinə görə, o bu işdn son anda xəbər tutub. "Mən də hər kəs kimi şokda idim. Mən Susannanı Qırğızıstan təmsilçisi kimi göndərmişdin. Bilməzdim ki, o məni də, ölkəni də satar". 

Erməni qızın satqınlığı ölkəsində də bir mənalı qarşılanmayıb. Bəziləri onu vətəndaşlıqdan məhrum etməyi, bəziləri isə hətta öldürməyi belə təklif ediblər. 

Susanna özü isə əməlinə belə haqq qazandırıb: "Onların belə bir şərti var idi - biz bir dəfə öz ölkəmizi, bir çıxışda isə milliyimizi nümayiş etdirməli idik. Bizə iki lent vermişdilər". Maraqlıdır ki, erməni gəncdən başqa heç bir ölkənin nümayəndəsi ilə belə problem yaşanmayıb. 

Müsabiqədə 49 ölkənin nümayaəndəsi iştirak edib. Qalib adına isə hind gözəli Şeril Çarlez layiq görülüb. O, tac və 5 min dollar qazanıb.