Xalq artisti xəstəxanaya yerləşdirildi - vəziyyəti ağırdır

11 İyul, 2019 13:55 | Mədəniyyət | Baxış sayı: 273
Yalçın Rzazadə - xalq artisti
Yalçın Rzazadə - xalq artisti

Son üç gündə üç xəstəxana dəyişib

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

İstiPress-in məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.