Azərbaycanlı aktrisa Rusiyada varlı kişi axtarışına başladı FOTO

11 İyul, 2018 10:42 | Mədəniyyət | Baxış sayı: 247
 Fatimə Abasquliyeva
Fatimə Abasquliyeva

"Balı ən yaxşısı ala bilər"

Azərbaycanlı aktrisa və müğənni Fatimə Abasquliyeva varlı ər axtarışına çıxıb. Rusiyanın xalq artisti Mark Rozovskini zorlamada ittiham edən aktrisa bir müddət bu haqda unutmaq istəyir. 

Bu barədə o özü "İnstagram" səhifəsində yazıb. Abbasquliyeva ürəyinə yol tapmaq istəyən varlı kişilərə müraciət edib. 

"Mənim üçün arıları cəlb edən çiçək olmaq çox xoşdur. Amma balı ən yaxşısı ala bilər. Bunu isə öz davranışlarınla, qayğı və hörmətinlə göstərə bilərsən. Varlı, cəsur, mehriban ər axtarıram". 

Adıçəkilən xanım Azərbaycanda doğulub. 15 yaşında "Miss Azərbaycan" adına layiq görülüb. 17 yaşında "Qızıl mikrafon" mahnı yarışının qalibi olub. 19 yaşında isə hər şeyi ataraq Rusiyaya köçüb.