Bu da "Eurovision"nun finalçıları SİYAHI

11 May, 2018 09:50 | Mədəniyyət | Baxış sayı: 244
"Eurosvision"
"Eurosvision"

Rusiya da finala keçə bilmədi

Portuqaliyada keçirilən "Eurovision" mahnı müsabiqəsinbin finalçılarının adları bəlli olub. İstiPress-in məlumatına görə, "Altice" səhnəsində ötən gün müsabiqənin ikinci yarımfinalı keçirilib. Səsvermədən sonra müsiflər finala vəsiqə qazanan ölkələrin adlarını açıqlayıblar. 

Norveç, Serbiya, Danimarka, Moldava, Niderland, Macarıstan, Avstraliya, İsveç, Sloveniya və Ukrayna.

Azərbaycandan sonra Yuliya Samoqlova ilə təmsil edilən Rusiya da bu il final mərhələsinə adlamaq şansını itirib.

Xatırladaq ki, ilk yarımfinal mərhələsindən sonra isə Avstrya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya və İrlandiya finalda iştirak hüququ əldə etmişdi. 

Mahnı müsabiqəsinin finalı mayın 12-də baş tutacaq.