Rüstəm İbrahimbəyov: “İlham Əliyev bu sərəncam layihəsini cırıb atdı...”

11 Aprel, 2019 10:19 | Mədəniyyət | Baxış sayı: 295
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Prezident rejissorun titullarından məhrum edilməsini dəstəkləməyib

“Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi".

Məşhur kinodramaturq, yazıçısı, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov bunları "Dojd” telekanalına müsahibəsində deyib.

Məşhur kinorejissor Azərbaycan hökuməti ilə əlaqələrinin kəskinləşməsindən də danışıb. R.İbrahimbəyov əmindir ki, Azərbaycanda hakimiyyət öz mahiyyəti etibarilə yekcins deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Bakıda onun başının üstünü təhlükə alıbmış. R. İbrahimbəyovun sözlərinə görə, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta Prezidentə müvafiq fərmanın layihəsi də təqdim olunub. Ancaq İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: "Sizə deməliyəm ki, bu həqiqətdir, beş ay əvvəl mənim bütün titullardan və mükafatlardan məhrum edilməyim barədə prezident fərmanının layihəsi ona təqdim olunanda o “bu biabırçılığı qurtarın” deyib və həmin layihəni cırıb atıb. Buna görə demək istəyirəm ki, orada hakimiyyət müxtəlif tərkiblidir".

R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə, sözün müstəqim mənasında, təhrik ediblər. Və o öz keçmiş qərarına görə çox heyfsilənir. 

R. İbrahimbəyov müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Kinorejissorunun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı daha çox dözümsüzdürlər, nəinki Azərbaycanda ermənilərə. "Azərbaycan ərazilərinin tutulması — bu, ağılsız, heç nə ilə bəraət qazandırılmayacaq təcavüzdür".