“Lider” TV-nin yayımı dayandırılıb

11 Mart, 2020 08:03 | Mədəniyyət | Baxış sayı: 168
Lider TV
Lider TV

Ötən axşam efir yarıda kəsilib

Azərbaycanda "Lider" telekanalının yayımı dayandırılıb. Yayım ötən axşamdan dayandırılıb. Belə ki, saat 22:01-də "Gecənin sehri" adlı veriliş başlayandan sonra efir yarıda kəsilib. Telekanalın yayımı hazırda işlək deyil.

Kəsinti ilə bağlı təfərrüatlar hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Ədalət Əliyevin rəhbərlik etdiyi "Lider" telekanalı 2000-ci ildən fəaliyyət göstərir.