"Grammy" gecəsinə damğa vuranlar FOTOLAR

11 Fevral, 2019 12:53 | Mədəniyyət | Baxış sayı: 80
CeyLo
CeyLo

Qaqa və Lopezdən hamını heyran edən şou

Yarım əsrə yaxın olan dünya şöhrətli ulduz ABŞ-da keçirilən "Grammy" gecəsinə damğa vurdu. İstiPress-in məlumatına görə, söhbət 49 yaşlı Ceniffer Lopezdən gedir.

Lopez və Ledi Qaqa mükafatlandırma gecəsinin ən çox diqqət çəkən simaları olublar. Həm "qırmızı xalı" geyimləri, həm də səhnə şouları ilə. 

Mərazimə uzun qapalı donda gələn Lopez səhnəyə adəti üzrə çimərlik geyimini xatırladan paltarda çıxıb. O, səhnə şousu zamanı oxumaqla yanaşı, həm də hər kəsi heyran edə şou da nümayiş etdirib. Ulduz ifaçı hətta səhnədə quraşdırılan pianonun da üzərinə çıxıb.