Ən yaxşı musiqilər seçildi

11 Fevral, 2019 08:30 | Mədəniyyət | Baxış sayı: 39
"Qremmi"
"Qremmi"

"Grammy" 61-ci dəfə sahibini tapdı

Amerikada "Grammy" (Qremmi) musiqi mükafatının 61-ci təqdimetmə ərasimi keçirilib. Tədbir bazar günü Los-Ancelesdə keçirilib və CBS telekanalı vasitəsi ilə yayımlanıb. 

Amerikalı "Childish Gambino" (adı Donald Qlover) tərəfindən ifa olunan "This is America" bəstəsi "İlin mahnısı" nominasiyasında qalib olub. 

Mükafatı alanlar arasında aşağıdakılar da var: 

"Ən yaxşı R&B albomu"-  H.E.R. -H.E.R.

"Ən yaxşı R&B mahnısı" - "Boo’d Up” - Larrance Dopson, Joelle James, Ella Mai & Dijon McFarlane 

"Ən yaxşı rep" - "God’s Plan” (Drake)

"Ən yaxşı solo pop" - Ledi Qaqa - Joanna (Where Do You Think You’re Goin’?)

"Ən yaxşı qrup pop"- Ledi Qaqa və Bradli Cuper - "Shallow"

"Ən yaxşı rəqs" - “Electricity” - Silk City & Dua Lipa feat. Diplo & Mark Ronson

"Ən yaxşı rok" - Khris Kornell "When Bad Does Good"

"Ən yaxşı rok albom" - Qreta Van Fleet - "From the Fires"

"Ən yaxşı caz vokal albom" - "The Window" - "Cécile McLorin Savant"