Azərbaycanlı məşhur Yeni ili xəstəxanada qarşıladı

11 Yanvar, 2020 10:47 | Mədəniyyət | Baxış sayı: 89
Günay Musayeva və oğlu
Günay Musayeva və oğlu

Uzun illərdir Türkiyədə yaşayan və işləyən azərbaycanlı məşhur Yeni ili xəstəxanada qarşılamalı olub. Bu barədə dizaynerləin sevimli modellərindən biri olan Günay Musayeva özü bildirib.

Ötən gün alış-veriş mərkəzlərindən birində jurnalistlərlə qarşılaşan Günay oğlu Cahangir Canla birlikdə olub.

Məşhur model bayramda xəstələndiklərini və yeni ilə ana-bala xəstəxanada girdiklərini deyib. Azərbaycanlı tanınmış yeni ildə planlarından da bəhs edib. "Fevralın 7-də xaricdə dizaynerlərdən birinin dəfiləsinə çıxacam. Çox həyəcanlıyam". 

Xatırladaq ki, Günay Musayeva aktyor Tolga Karel ilə evli olub. Cütlüyün bu evlilikdən bir övladı var. Onlar bir neçə il öncə ayrılıblar. Karel bundan sonra ABŞ-a köçərək orada yenidən ailə qurub. G.Musayeva keçmiş ərinin oğlu ilə maraqlanmadığını deyib.